QHT rəhbərlərinin Avropa macəraları - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərindən ibarət nümayəndə heyəti 4-11 may tarixlərində Danimarka və Almaniyaya səfər ediblər.

Səfərin məqsədi Danimarka və Almaniyanın dövlət rəsmiləri, parlamentariləri və QHT-ləriylə görüşlərin keçirilməsi, hər iki ölkənin vətəndaş cəmiyyəti inistitutları ilə Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Səfər çərçivəsində Danimarka Xarici İşlər Nazirliyi və parlamentində, Almaniya Bundestaqında və digər bir sıra qurumlarda görüşlərin keçirilməsi nəzərdə tutulmuşdu. Lakin səfərdə iştirak edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev və başqalarının sosial şəbəkələrdə yaydıqları fotolardan görünür ki, onlar aldıqları qrantı hansısa görüşlərə, tədbirlərə deyil getdikləri ölkələrin gəzməli-görməli yerlərində istirahətə sərf ediblər.

Səfər zamanı S.Məmmədovun facebok səhifəsində paylaşdığı fotoları təqdim edirik:

AzNews.az
image description image description image description image description image description image description