Elçin Quliyev vətəndaşlarla görüşəcək

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-leytenant Elçin Quliyev Lənkəranda cənub bölgəsinin sakinlərini qəbul edəcək.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, may ayının 22-də saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-leytenant E.Quliyev tərəfindən Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinlərinin qəbulu keçiriləcək.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları mayın 20-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

AzNews.az