Zakir Həsənov Naxçıvanda- FOTOLAR

Mayın 19-u Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə təyinatlar və hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Ali Məclisin sədri Vasif Talıbov tədbirdə çıxış edərək Azərbaycan Respublikası prezidentinin sərəncamları ilə Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə aparılan təyinatlar və hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə təbriklərini çatdırıb.

Müdafiə naziri Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə aparılan təyinatlarla bağlı prezident İlham Əliyevin sərəncamlarını oxuyub, yeni vəzifəyə təyin olunanlara xidmətdə uğurlar arzulayıb.

Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayev deyib ki, muxtar respublikada ordu quruculuğu istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir, Naxçıvanın müdafiə qabiliyyəti gücləndirilir: "Yeni yaradılan Əlahiddə Ümumqoşun Ordusu muxtar respublikanın təhlükəsiz və etibarlı müdafiəsinin təşkil olunması baxımından mühüm əhəmiyyət daşıyır".

Naxçıvan şəhərindəki "N" saylı hərbi hissədə Əlahiddə Ümumqoşun Ordusuna və bu ordunun yeni yaradılan hərbi hissələrinə döyüş bayraqları təqdim olunub, hərbi hissələrə yeni xidməti avtomobillər verilib.

AzNews.az
image description image description image description image description