AŞPA prezidenti Oqtay Əsədovdan üzr istədi

Mayın 23-də Bakıda-Milli Məclisin (MM) binasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin növbəti iclasında maraqlı hadisə baş verib.


"Qafqazinfo" xəbər verir ki, iclası açan AŞPA prezidenti Ann Brössor çıxışçıların yerini səhv salıb. Belə ki, çıxışı spiker Oqtay Əsədov etməli olduğu halda o sözü nazir Elmar Məmmədyarova verib. Sonra isə səhvinə görə üzrxahlıq istəyib.

MM sədri Oqtay Əsədov isə AŞPA prezidentinin ünvanına replika deyib: "Ona görə çıxışların yerini səhv salındı ki, söhbətə başlayan kimi Azərbaycana qarşı hücuma keçdiniz".

A. Brössor bir daha spikerdən üzrxahlıq edib: "Təbii ki, sizin parlamentdəyik, siz ev sahibisiniz və birinici sözü sizə verməliydim".