“Müalicə öz effektini verir” - Aqşin



"Müalicə öz effektini verir. Artiq qaraciyərdə özünübərpa prosesi başlayıb". Bunu AzNews.az-a açıqlamasında şair Aqşin Yenisey bildirib. Onun sözlərinə görə, qarnına yığılan suyun çox hissəsi çəkilib: "Qarnıma su yığılmışdı. Artıq onun çox hissəsi çəkilib. Demək olar ki, qarnımda su çox az qalıb. Hazırda onunla bağlı müalicə davam edir. Çox yaxşıyam".

Xatırladaq ki, A.Yenisey qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir. O, bu xəstəliklə bağı ilk öncə Mərkəzi Klinik Xəstəxanasına, oradan isə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Bahar Rüstəmli
AzNews.az