Xalq artisti: “Bu, cəmiyyətdə silkələnmə yaratdı”

"Azərbaycanda insan ruhunu təmizləyən, dəyərləri aşılayan kino nümunələrinin yayımlanmasının tərəfdarıyam. Bu mənada bir neçə il əvvəl Azərbaycan televiziya kanallarının birində yayımlanan "Həzrəti Yusif" serialının davamlı olmasını istərdim".

Bunu AzNews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti İlham Əsgərov deyib.

O bildirib ki, belə filmlərin yayımı xalqın və cəmiyyətin dini maariflənməsinə də xidmət edir: ""Həzrəti Yusif" yayımlanandan sonra cəmiyyətdə bir silkələnmə oldu".

İ. Əsgərov onu da əlavə edib ki, hazırda peyğəmbərlərin həyatından bəhs edən filmlərin bəzilərinin Azərbaycan dilinə tərcümə olunmasına dair müzakirələr aparılır: "Bu səpkili bir neçə serial var, amma hələ tərcüməsi ilə bağlı qərar verilməyib".

Bahar Rüstəmli
AzNews.az