Şəhid hərbçilər dəfn olundu - FOTOLAR

Bu gecə ermənilərin hücumunu dəf edən zamanı şəhid olan Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü İsə Ziyad oğlu Almazov doğulduğu rayonda dəfn olunub. Rayon icra hakiminin müavini Tahir Musayevin ANS PRESS-ə verdiyi məlumata görə, şəhid torpağa tapşırılıb.

Cəbhənin Ağdam rayonunun Çıraqlı kəndi istiqamətində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olan hərbçi Qaryağdı Eldar oğlu Əhmədov da dəfn edilib. Rayon İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, əsgər Quzanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, ötən gün cəbhə xəttində ermənilərin hücumu nəticəsində Azərbaycanın 9 hərbçisi şəhid olub.
Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov
Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov
Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu
Sumqayıtdan hərbi xidmətə çağırılmış Hüseyn Abidinov
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 4 hərbçisi yaralanıb.


AzNews.az
image description image description image description image description image description