“Azercell” istifadəçisi olan abunəçilərindən AzNews.az-a maraqlı bir şikayət daxil olub. “Azercell” istifadəçisi olan abunəçilərindən AzNews.az-a maraqlı bir şikayət daxil olub.

“Azərcell” abunəçilərin cibinə necə girir? — Saniyələrdən yığılan milyonlar

“Azercell” istifadəçisi olan abunəçilərindən AzNews.az-a maraqlı bir şikayət daxil olub.

Şikayətçilər bu mobil operatorun dələduzluq yolu ilə milyonlar qazandığını bildirirlər. Onların sözlərinə görə, sadə hesablama və bir neçə saatlıq müşahidə aparmaqla "Azercell" abunəçilərinin neçə aldadıldığını görmək olar. Şikayətçinin məktubunda deyilir: "Bizim üçün adi gələn bu xırda rəqəmlərdən şirkət milyonlar qazanır. Təbii ki, cibimizə girməklə. "Azercell"in özünün müəyyən etdiyi qiymətdə şəbəkədaxili danışıq tarifi 7 qəpik müəyənləşib. Ancaq maraqlıdır ki, abunəçilər 50 saniyə danışanda da onların balansından 7 qəpik — yəni 1 dəqiqəlik danışığın qiyməti silinir. Nədənsə, şirkət 5 saniyə artıq danışanlara bu güzəşti etmir. Yoxladıqda əmin ola bilərsiniz ki, şirkət 1 dəqiqə 5 saniyə üçün abunəçilərin balansından 8-9 qəpik çıxır. Təəssüflər olsun ki, əksər abunəçilər bunun fərqində deyil. Ölkədəki Azercell istifadəçilərinin ümumi sayını nəzərə alsaq, bu milyonlarla halal olmayan qazanc anlamına gəlir".
Qeyd edək ki, zaman-zaman Azərbaycandakı mobil operatorların dələduzluq yolu il müştərilərinin "cibinə girməsi" barədə məlumatlar yazılıb. Əlbəttə yazılanlar real vəziyyətin çox cüzi hissəsini əhatə edir. Çünki onlar dələduzluq etməkdə çox püxtələşib. Bunları aşkarlamaq o qədər də asan deyil. Amma təəssüf hamının bildiyi – danışıq tariflərinin bahalığı, şirnikləşdirici SMS-lər, yalançı kampaniyalar və.s-lə bağlı hətta nazirlər səviyyəsində qaldırılan neqativ hallar belə çözülmür...

Azər
AzNews.az