İlyas Tapdıq: “Səhhətimdə irəliləyiş yoxdur”

“Səhhətimdə heç bir irəliləyiş yoxdur, əksinə müalicədən sonra bir az da geri gedirəm”.



Bunu AzNews.az-a açıqlamasında şair İlyas Tapdıq deyib.
O bildirib ki, mənzildən və yaşadığı evin həyətindən kənara çıxa bilmir: "Heç yerə gedə bilmirəm. Müalicəm də davam edir. Amma bunun da bir faydasını hiss etmirəm".

İ. Tapdıq çətin günlərində dostlarının onu tək buraxmadığını da deyib: "Ədəbiyyat adamları sağ olsunlar, məni heç yalnız qoymular. Qohumlara da minnətdaram".

Bahar Rüstəmli
AzNews.az