Anar Nəcəfli “Xəzər”ə qayıdır? - Açıqlama

“Bu yaxın günlərdə televiziyalardan aldığım dəvətlərin birini dəyərləndirəcəm”.


Bunu AzNews.az-a açıqlamasında tanınmış teleaparıcı, Xəzər-TV-nin keçmiş əməkdaşı Anar Nəcəfli deyib.
O, televiziya tamaşaçılarını çox intizarda saxlamaq fikirində olmadığını bildirib: "Mən özüm də tamaşaçılarım üçün darixmışam. Amma onları çox da intizarda qoymayacam".

"Xəzər-TV-nin rəhbər dəyişikliyi Anar Nəcəflini yenidən "Xəzər-Xəbər"-ə qaytara bilərmi" sualına aparıcının cavabı belə oldu: "İnanmıram. İnşallah yaxın günlərdə açıqlanar".

Qeyd edək ki, Anar Nəcəfli bir müddət bundan öncə "Xəzər-Xəbər" proqramından istefa verib.

Bahar Rüstəmli
AzNews.az