- Köhnə - Cəmiyyət
- 9 Sentyabr 2014 10:01
- 14 969
Daha bir jurnalist ANS-dən getdi

Daha bir jurnalist - Hafiz Əhmədov ANS-dən çıxarılıb.
Bu barədə məlumatı AzNews.az-a açıqlamasında ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov verib. O, H.Əhmədovun ANS-dən çıxarılması səbəbini də açıqlayıb: "Hafiz Əhmədov işdə yol verdiyi nöqsanlara görə ANS-dən çıxarılıb".
Qeyd edək ki, bu gün daha bir tanınmış telejurnalist Sevinc Osmanqızının ANS-də ayrılması xəbəri yayılıb.
Bahar Rüstəmli
AzNews.az