Sabaha olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturunun gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 10-11-də respublikanın rayonlarında hava şəraiti iqlim normasına yaxın temperatur rejiminin üstünlüyü ilə keçəcək. Hava şəraitinin Mərkəzi-Aran rayonlarında yağmursuz keçəcəyi , dağlıq və dağətəyi rayonlarda isə əsasən gecə və axşam saatlarında az yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur.

Belə hava şəraiti məhsulun yığımında və payızlıq əkinləri səpinqabağı işlərin aparılmasında əsasən çətinliklər yaratmayacaq.

AzNews.az