ANS-dən ayrılan Sevinc Osmanqızı APA-ya getdi

Bir neçə gün öncə ANS TV-dən ayrılan tanınmış jurnalist Sevinc Osmanqızı internet media ilə əməkdaşlıq edəcək.

Bir neçə gün öncə ANS TV-dən ayrılan tanınmış jurnalist Sevinc Osmanqızı bundan sonra internet media ilə əməkdaşlıq edəcək.

AzNews.az xəbər verir ki, bu barədə "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı öz facebook səhifəsində yazıb.

O, bildirib ki, agentlik artıq Sevinc Osmanqızı ilə əməkdaşlığa başlayıb.

Qeyd edək ki, Sevinc Osmanqızı 2008-ci ildən ANS televiziyasında işləyib. ANS-in Vaşinqton bürosunun rəhbəri olmazdan əvvəl televiziyanın Xəbərlər Redaksiyasının Baş Redaktoru işləyib. ANS-da yayınlanan "Cümə Sevinc Osmanqızı ilə" ictimai-siyasi verilişin və "Açıq söhbət Sevinc Osmanqızı ilə" siyasi debat proqramının aparıcısı olub. Osmanqızı ANS-də çalışdığı illərdə Amerikanın "CNN" telekanalında Azərbaycana dair layihələri ilə də yadda qalıb.

AzNews.az