“Dövlət tədbirləri zamanı, tıxaclar zamanı nəqliyyatı tənzimləmək üçün yol polisi əməkdaşları böyük iş görürlər. Onlar həmişə yollardadır, bizə kömək edirlər. “Dövlət tədbirləri zamanı, tıxaclar zamanı nəqliyyatı tənzimləmək üçün yol polisi əməkdaşları böyük iş görürlər. Onlar həmişə yollardadır, bizə kömək edirlər.

“Əksər qəzaları avtobuslar törədir” - Deputat

“Dövlət tədbirləri zamanı, tıxaclar zamanı nəqliyyatı tənzimləmək üçün yol polisi əməkdaşları böyük iş görürlər. Onlar həmişə yollardadır, bizə kömək edirlər.

Buna görə Dövlət Yol Polisi əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Mən sərnişindaşımada bir neçə problemli məsələni qeyd etmək istərdim. Bu problem sərnişin daşıyan nəqliyyat vasitələri ilə bağlıdır".

Bu sözləri deputat Fuad Muradov Milli Məclisin bu günkü iclasında "Yol hərəkəti haqqında" Qanunda dəyişiklilər barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat vurğulayıb ki, Milli Məclisdə sərnişin daşıyan böyük maşınlara xüsusi cihazarın qoyulması barədə təklif qəbul olunub. "O cihazlar sürücünün neçə saat maşını idarə etməsini, neçə saatdan bir istirahət etməsini qeyd etməli idi. Təəssüflər olsun ki, orada əksini tapmış məsələlər bu gün sərnişin daşınmada yoxdur. Bunun nəticəsində əksər qəzalar şəhərin mərkəzində sərnişin daşıyan vasitlərinin ucbatından törədlir". F. Muradov bununla bağlı cəza tədbirlərinin sərtləşdirilməsini təklif edib: "Mən hesab edirəm ki, daha sərt cəza tədbirləri tətbiq etməliyik. Şəhərdə qəzaların törədliməsinin əsas səbəbi bu nəqliyyat vasitələrini idarə edənlərin qanunları kobud şəkildə pozması ilə bağlıdır. Bunun qarşısını almaq üçün polis əlindən gələni edir. Lakin bu məsələ o qədər böyüyüb ki, sərnişinlərin ciddi narazılıqları var"-deyə deputat qeyd edib.
Deputatın sözlərinə görə, onusuz da bu sahə subsidiyalı sahədir və dövlət büdcəsindən bununla bağlı vəsait ayrılır. "Bu baxımdan bizim üçün vacib olan məsələ sərnişinlərin narazı qalmamasıdır. Eyni zamanda yol nəqliyat hadisələri səviyyəsi aşağı düşsün. Bu baxımdan birgə-həm yol polisi idarəsinin nümayəndələri, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə müəyyən müzakirələr aparılmalıdır. Qəza heç kimə-nə depuata nə nazirə, nə də adi insana baxmır. Xüsusən rayon yollarında bu problem özünü göstərir. Ona görə xahiş eirəm bu məsələyə sıradan bir məsələ kimi yox ciddi məsələ kimi yanaşaq".

Qanunda maşınlar arasında məsafə ilə bağlı dəyişlikliyin mütərrəqi olduğunu deyən deputat vurğulayıb ki, şəhərdə maşınlar arasında məsafənin müəyyən olunması çox yaxşıdır. "Prospektlərdə, işıqforlarda bununla bağlı vəziyyət ciddidir. İnsanlar yolu keçərkən çətinliklə üzləşirlər. Bir neçə il əvvəl biz şəhərlərarası sərnişin daşıyan maşınlarla bağlı belə qanun tətbiq etmişdik. Bu qanuna yenidən baxaraq bunu şəhərdaxili nəqliyyatın idarə olunmasına tətbiq etməliyik".