Azərbaycan peşə-liseylərinin birində ilk dəfə olaraq Yaponiya təcrübəsinə əsaslanan ağıllı sinif yaradılıb. Azərbaycan peşə-liseylərinin birində ilk dəfə olaraq Yaponiya təcrübəsinə əsaslanan ağıllı sinif yaradılıb.

Azərbaycanda ağıllı sinif yaradıldı - VİDEO

Azərbaycan peşə-liseylərinin birində ilk dəfə olaraq Yaponiya təcrübəsinə əsaslanan ağıllı sinif yaradılıb.



AzNews.az xəbər verir ki, bu yenilik cari təhsil ilindən etibarən Biləsuvar peşə-liseyində tətbiq olunmağa başlanıb. Sinfin yaradılması üçün Təhsil Nazirliyi tərəfindən peşə-liseyinə ən son texniki avadanlıqlar gətirilib. Hazırda bu texnologiyadan tədris prosesində geniş istifadə olunur. Belə ki, elektron lövhədə izah olunan dərsi eyni zamanda hər bir şagird qarşısındakı kompüterlərlə də izləyə, dərsi kompüterin yaddaşında saxlamaqla onu lazım olan vaxtda yenidən seyr edə bilər. Elektron dərsliklər isə 3d formatlı proqram təminatlarının köməyi ilə izah olunur.

Peşə liseyinin direktoru Rabil Şahbazov deyib ki, ağıllı sinfin yaradılmasını zəruri edən bu ildən peşə-liseyində kompüyterlərin təmiri və xidməti üzrə texnik ixtisasının yaradılması olub.

Tədrisin keyifiyyətli aparılması üçün müəllimlər də elə liseyin daxilində mütəxəssislər tərəfindən xüsusi kurslara cəlb olunaraq onlara informasiya texnologiyaları haqqında təcrübə keçirilir. Həmçinin müəllimlərin bu ildən etibarən dövlət xətti ilə xarici ölkələrdə təkmilləşdirmə kurslarına göndərilməsinə də başlanılıb.

Təsadüfi deyil ki, yeni açılan qruplarda yaş məhdudiyyəti olmadığı üçün ilk dəfə olaraq 35 yaşlı şəxs peşə-liseydə tədris almaq üçün müraciət edib. Növbəti ildən isə təhsil müəssisəsində daha çox kənd təsərrüfatı yönümlü ixtisasların açılması nəzərdə tutulub.