- Köhnə - Cəmiyyət
- 2 Oktyabr 2012 09:02
- 9 039
Ramil Səfərovun 8 il gecikən toyu
Zabitimiz evləndi
Macarıstandan ölkəyə gətirilərək, əfv edilən milli ordunun zabiti Ramil Səfərov bu günlərdə ailə həyatı qurub. Bu barədə məlumatı bizimyolinfo.com saytına zabitimizin yaxınları məlumat verib. Məlumatda bildirilir ki, Ramil Səfərovun ölkəyə gəlməsindən bir müddət sonra məzuniyyətə buraxılması da ailə-məişət məsələlərini yoluna qoymaqla bağlı olub.
Ancaq zabitimizin azad olunmasının Ermənistanda sərt qarşılanması və ASALA-nın terror hədələri səbəbiylə, toy məclisi geniş təşkil olunmayıb. Bəylə gəlinin ailə üzvlərinin qatıldığı mərasim gizli təşkil lunub.
Ramil Səfərovun toy məclisini sakitcə keçirməsi göstərişi isə Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin tövsiyəsi əsasında olub.
Məlumata görə, Ramil Səfərov nişanlısı Şəbnəm Məmmədova ilə ailə qurub
.
AzNews.az