“Bir kitabın nəşri elə bir bayramdır” – AYB-dən açıqlama

Azərbaycan Yazıçılar Birliyi ümumdünya yazıçılar günü ilə bağlı öz münasibətini açıqlayıb.



Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza AzNews.az-a verdiyi açıqlamada bildirib ki, bununla bağlı AYB-də xüsusi bir tədbir nəzərdə tutulmayıb: "Amma bu gün Yazıçılar Birliyi kitab layihəsi çərçivəsində nəşr edilmiş gənc şair Ramil Əhmədin "Zaman tuneli" kitabının imza günüdür. Bir kitabın nəşri də elə bir bayramdır".

Qeyd edək ki, bu gün dünyada ümumdünya yazıçılar günüdür. Yazıçılar bayramı haqda qərar ilk dəfə 1986-cı ildə Beynəlxalq PEN Klubunun (International PEN Club) 48-ci Konqresində verilib.

Bahar RÜSTƏMLİ
AzNews.az