Pakistanın birinci xanımı Dənizkənarı Milli Parkda oldu - FOTOLAR

Pakistanın birinci xanımı Bequm Sahiba Dənizkənarı Milli Parkda olub.



AZNEWS.AZ xəbər verir ki, Pakistanın birinci xanımına Dənizkənarı Milli Park haqqında məlumat verilib.

Bildirilib ki, şəhərdə aparılan yenidənqurma işləri burada da geniş vüsət alıb. Paytaxt sakinlərinin və Bakıya gələn qonaqların ən çox üz tutduğu məkanlardan biri olan bulvar son bir neçə ildə görkəmini xeyli dəyişib.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan yenidənqurma işləri zamanı milli üslubla beynəlxalq təcrübə peşəkarlıqla uzlaşdırılıb. Parkın yaşıllıq zolağının ərazisi xeyli genişləndirilib.

Hazırda öz gözəlliyi ilə diqqəti çəkən Bakı bulvarı Azərbaycan paytaxtına xüsusi yaraşıq verir və ən gözəl istirahət məkanlarından biridir.

Qonaq Xəzər dənizinin sahilində yerləşən bu gözəl məkanda gördüklərindən məmnun olduğunu bildirib.
image description