Dərmanların qiyməti ilə bağlı - Yeni fərman

Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.



AzNews.az AzərTac-a istinadən xəbər verir ki, sənədə əsasən hökumət iki ay müddətində "Dərman vasitələri haqqında" qanunun müvafiq maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasını prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.

Tarif (qiymət) Şurası isə "Dərman vasitələri haqqında" qanuna uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini üç ay müddətində təmin edəcək.