Telejurnalist yenidən ANS-ə qayıtdı Telejurnalist yenidən ANS-ə qayıtdı

Azadə Balayeva “İç Xəbər”in redaktoru oldu

Telejurnalist yenidən ANS-ə qayıtdı



Təxminən bir həftə öncə "SalamNews" İnformasiya Agentliyindən və "İnterAz" Televiziyasından kütləvi istefalar oldu. Televiziyanın redaktoru Azadə Balayeva istefa verdikdən sonra əvvəl əməkdaşlıq etdiyi ANS telekanalına qayıdıb.

AzNews.az-ın məlumatına görə, o, burada yüksək vəzifəyə təyin edilib. Belə ki, A.Balayeva "İç Xəbər" proqramında redaktor kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, A.Balayeva 2011-ci ilin aprelində ANS telekanalından istefa vermişdi.

İlkin
AzNews.az