Kişilərimizi 100 qr sərxoş edir- RƏY

Spirtli içkilərdən zəhərlənmə halları artıb

Son zamanlar Kliniki Tibbi Mərkəzə alkoqollu içkilərdən istifadə nəticəsində sərxoş olan şəxslərin gətirilməsi ilə bağlı faktlar çoxalıb.

KTM-in toksiokologiya şöbəsinin müdiri Azər Maqsudovun AzNews.az-a verdiyi məlumata görə, sərxoşlar əsasən gecə saatlarında gətirilir və onların arasında 25-45 yaşlı kişilər üstünlük təşkil edir: "Hər gün 5-6 belə müraciət olur. Sərxoş olmuş şəxsləri ya polis, ya da təcili tibbi yardım briqadası gətirir. Onlar əsasən sərxoşluq nəticəsində küçədə köməksiz vəziyyətdə tapılanlar olur".



A.Maqsudovun sözlərinə görə, xəstəxanaya gətirilənlər arasında zərif cinsin nümayəndələri də var: "Bəzən barlardan 18-20 yaşlı xanımlar gətirilir. Onlar içdikləri kokteylin təsirindən sərxoş olurlar. Maraqlıdır ki, 150-200 qr spirtli içki qəbulundan sonra kişilərdə sərxoşluq əlamətləri özünü göstərməyə başlayır".

Şöbə müdiri bunun səbəbini insanların immunitetinin zəifləməsi və spirtli içkilərin keyfiyyəti ilə əlaqələndirib.

Elnarə Əlosmanqızı
AzNews.az