Meteohəssas insanlarda narahatlıq yaranacaq Meteohəssas insanlarda narahatlıq yaranacaq

Nazirlikdən hava xəbərdarlığı

Meteohəssas insanlarda narahatlıq yaranacaq



Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilib.

Tibbi-meteoroloji proqnoza əsasən eyni zamanda hava şəraitinin küləkli keçməsi də meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Oktyabrın 10-dan fərqli olaraq ayın 11-12-də oksigenlə zəngin hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişli hesab ediləcək.

Elnarə Əlosmanqızı
AzNews.az