- Toplum
- 13:29
- 1 490
Əl və ayaqların titrəməsi nədən XƏBƏR VERİR?
Əlləriniz və ya ayaqlarınız səbəbsiz titrəyir?
Mövzu ilə bağlı danışan nevroloq Könül Hacıyeva bildirib ki,bu, yorğunluq və stressdən tutmuş sinir sistemi ilə bağlı problemlərə qədər müxtəlif səbəblərlə əlaqəli ola bilər.
" Titrəmə davamlıdırsa, güclənirsə və ya gündəlik həyatınıza mane olursa, bunu laqeyd yanaşmayın. Erkən müayinə səbəbi aydınlaşdırmağa və düzgün müalicəyə başlamağa kömək edir. Nevroloji sağlamlığınızı qoruyun — vaxtında həkimə müraciət edin",- deyə o bildirib.
Aznews.az