Tanınmış jurnalist, “Səni Axtarıram” layihəsinin rəhbəri Xoşqədəm Hidayətqızı anonsunu verdiyi mətbuat konfransının dəqiq vaxtını açıqlayıb. Tanınmış jurnalist, “Səni Axtarıram” layihəsinin rəhbəri Xoşqədəm Hidayətqızı anonsunu verdiyi mətbuat konfransının dəqiq vaxtını açıqlayıb.

Xoşqədəmdən daha bir açıqlama - Mətbuat konfransıyla bağlı

Tanınmış jurnalist, “Səni Axtarıram” layihəsinin rəhbəri Xoşqədəm Hidayətqızı anonsunu verdiyi mətbuat konfransının dəqiq vaxtını açıqlayıb.

O, AzNews.az-a bildirib ki, mətbuat konfransını sabah 12-00-da keçirəcək: "Mətbuat konfransı bu gün nəzərdə tutulmuşdu. Amma təcili işlərim çıxdığından onu ertələməyə məcbur oldum".

Jurnalist mətbuat konfransına bütün media orqanlarını dəvət edib: "Mən bütün həmkarlarımı ora dəvət edirəm. Gəlsinlər və əsl həqiqətin nədən ibarət olduğunu görsünlər. Mən sabah bütün suallara cavab verəcəyəm. Sabah hər şeyin üstü açılacaq".

Qeyd edək ki, bir neçə gündür ki, Xoşqədəm Hidayətqızının ATV-dən ayrılması ilə bağlı bir-birini təkzib edən məlumatlar yayılıb. Onun "Səni axtarıram" verilişini ANS-də davam etdirəcəyi deyilir. Bundan əlavə, onun ATV-dən uzaqlaşdırılması ilə bağlı bir neçə versiya da irəli sürülüb. Onların arasında Xoşqədəm Hidayətqızının nüfuzuna xələl gətirən məqamlar da var.