Tağı Əhmədov “Gülər olayından” xəbərsizdir

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Unversitetinin (ABU) rektoru Elşad Abdullayev ilə Milli Məclisin sabiq deputatı Gülər Əhmədova arasında yaranmış "video qalmaqalı"na münasibət bildirib.

T.Əhmədov AzNews.az-a açıqlamasında sözügedən məsələdən məlumatsız olduğunu deyib. "Mən 20 gün idi ki, ezamiyyətdə idim və ötən gün işə çıxmışam. Odur ki, mənim heç nədən xəbərim yoxdur. Fikrət müəllim (Fikrət İsmayılov- YAP-ın Yasamal rayon təkilatının sədri- red.) hazırda Almaniyada səfərdədir. O, Almaniyadan qayıdandan sonra məsələyə baxılacaq".

Yeni metro stansiyalarının tikilib istifadəyə verilməsi məsələsinə də toxunan T.Əhmədov deyib ki, bu ilin sonunadək yeni stansiya açılmayacaq: "Gələn il üçün isə yeni stansiyaların açılması gözlənilir".

Vasif Həsənli
AzNews.az