- Köhnə - Cəmiyyət
- 2 May 2015 12:18
- 3 781
Vəfa Quluzadə bu gün dəfn olunacaq
Azərbaycanın tanınmış politoloqu, sabiq dövlət müşaviri Vəfa Quluzadə bu gün dəfn olunacaq.
AzNews.az xəbər verir ki, V.Quluzadənin cənazəsi "Qış bulvarı"nın yaxınlığında, yaşadığı evdən götürüləcək.
Mərhum politoloq Bakının Yasamal rayonundakı qəbiristanlıqda torpağa tapşırılacaq.
Xatırladaq ki, V. Quluzadənin bu gecə səhhəti qəflətən pisləşib. Bakıdakı xəstəxanalardan birinə yerləşdirilən politoloqun ürəyində şuntlama əməliyyatı keçirilib.
Palataya gətirildikdən sonra onun səhhətində yenidən problem yaranıb və o, dünyasını dəyişib.