Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bu ilin 30-31 mart tarixlərində Bakı, Sumqayıt şəhəri və Abşeron rayonlarının icra hakimiyyətlərinə icrası məcburi olan əsaslandırılmış göstəriş ünvanlanıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bu ilin 30-31 mart tarixlərində Bakı, Sumqayıt şəhəri və Abşeron rayonlarının icra hakimiyyətlərinə icrası məcburi olan əsaslandırılmış göstəriş ünvanlanıb.

İcra hakimiyyətlərinə xəbərdarlıq edildi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bu ilin 30-31 mart tarixlərində Bakı, Sumqayıt şəhəri və Abşeron rayonlarının icra hakimiyyətlərinə icrası məcburi olan əsaslandırılmış göstəriş ünvanlanıb.



AzNews.az komitəyə istinadən xəbər verir ki, həmin göstərişə əsasən, binaların yol verilən hündürlük həddi və mərtəbələrin sayı, ərazinin tikinti və tikinti sıxlığı əmsalına dair şəhərsalma normalarını pozan, inşasına yeni başlanan tikintilər üzrə tədbir görülməsi və bu barədə komitənin məlumatlandırılması tapşırılıb.

Eyni zamanda həmin tikintiləri layihələndirən layihələndirmə təşkilatlarına xəbərdarlıq edilib ki, şəhərsalma normalarının pozulması üzrə analoji xətaların təkrarlandığı təqdirdə layihələndirmə işlərinə dair lisenziyaları dayandırılacaq.


AzNews.az