Sabah Azərbaycanda bu yollar bağlanacaq - SİYAHI

"Tour d’Azerbaidjan 2015" beynəlxalq veloyürüşü ilə bağlı sabah Azərbaycanda bəzi yollar bağlanacaq.


Baş Dövlət Yol Polisi İdarəsindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan 2015" beynəlxalq veloyürüşünün 4-cü mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 9-u tarixində aşağıdakı yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:

Ağdaş-Zarağan-Qəbələ yolu (hər iki istiqamətdə) saat 09:00-dən 10:50-dək,

Ağdaş-Xaldan-Yevlax yolu (hər iki istiqamətdə) saat 10:40-dan 11:10-dək,

Xaldan-Yevlax-Aran-Mingəçevir yolu (hər iki istiqamətdə) saat 11:00-dan 14:00-dək fasilələrlə.