Binəqədidəki Heydər Parkı nə vaxta kimi bağlı qalacaq? Binəqədidəki Heydər Parkı nə vaxta kimi bağlı qalacaq?

Yenicə təmir olunmuş park sökülür - FOTOLAR

Binəqədidəki Heydər Parkı nə vaxta kimi bağlı qalacaq?


AzNews.az-a daxil olan məlumata görə, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yerləşən Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işləri başa çatdırılsa da, park yenidən sökülüb. Buna səbəb Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yenidənqurma işlərinin gedişindən razı qalmaması olub.

Məlumata görə, parkda əsaslı təmır və yenidənqurma işləri demək olar ki, tamamlanıbmış. Lakin icra başçısı görülən işlərlə tanış olmaq üçün əraziyə baş çəkib və işin nəticələrindən razı qalmayaraq, sökmək göstərişini verib.
Buna görə də parkda yenidən söküntü işləri aparılıb. Hətta əraziyə əkilmək üçün güllərin gətirildiyi, lakin təkrar söküntü nəticəsində yaşıllaşdırma işlərinə başlanmadığı da daxil olan xəbərlər arasındadır.

Binəqədi RHİ-dən AzNews.az-a məsələ ilə bağlı verilən açıqlamada X.İsgəndərovun rayonda aparılan yenidənqurma işləri ilə tanışlıq çərçivəsində Heydər Əliyev adına Parkda da olduğu təsdiqlənib. Lakin icra başçısının iradları əsasında parkda yenidən söküntü işlərinin aparılmadığı vurğulanıb: "İcra başçısı mütəmadi olaraq rayon ərazisində aparılan tikinti, təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olur. Xaləddin İsgəndərov Heydər Əliyev adına Parkda da işlərin gedişi ilə maraqlanıb. Həmin parkda yalnız giriş hissədəki arka sökülüb. Buna da səbəb həmin arkanın 2001-ci ildə tikilməsi və müasir standartlara cavab verməməsi olub".
RHİ-dən parkda aparılan yenidənqurma işlərinin nə zaman yekunlaşacağı ilə bağlı açıqlama verilməyib. Məlumat üçün bildirək ki, park 2001-ci ildə istifadəyə verilib.

Kəmalə Əliyeva
AzNews.az
image description image description image description image description image description image description image description image description