JEM daha 4 redaksiyada “Bizi düşmən mətbuatı izləyir!” xəbərdarlığı etdi - FOTOLAR

Jurnalist Ekspert Mərkəzi (JEM) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmiş “Diqqət! Düşmən mətbuatıdır” layihəsi çərçivəsində redaksiyalarda görüşlərini davam etdirir.


AzNews.az xəbər verir ki, ölkə mətbuatında dövlət və hərbi sirri təşkil edən, milli təhlükəsizliyimizə xələl yetirən, eləcə də düşmən mətbuatına istinadən verilən təxribat xarakterli informasiyaların qarşısını almaq məqsədi daşıyan layihənin əsas fəaliyyət istiqamətlərindən biri redaksiyalara xüsusi bildiriş lövhələrinin təqdim olunmasıdır. Bu lövhələrdə hansı informasiyaların hərbi sirr təşkil etdiyini göstərən qeydlər və bu tip məlumatların yayılmasını qadağan edən qanundan çıxarışlar əks olunub.

Ötən gün JEM təmsilçiləri daha dörd redaksiyada görüş keçiriblər. "Kaspi" və "Каспий" qəzetləri, "Azadinform" İnformasiya Agentliyi, "AzNews.az" və "Qaziler.az" portallarında jurnalistlərlə görüşən layihə icraçıları ölkə mətbuatında dövlət və hərbi sirr xarakterli informasiyaların yayılmasının ziyanlı tərəflərindən danışıb, müharibə şəraitində olan bir ölkənin Kütləvi İnformasiya Vasitələrinin cəbhə, hərbi əməliyyatlar və Ordu birləşmələrinin yerdəyişmə hərəkətlərinə dair informasiyalara da məhz müharibə qanunları ilə yanaşmasının vacibliyini vurğulayıblar.

Sonda redaksiyalara layihə çərçivəsində hazırlanmış bildiriş lövhələri təqdim olunub.
Xatırladaq ki, JEM bundan əvvəl "Şərq", "Bakı-Xəbər" və "Ədalət" qəzetlərində görüş keçirib.
image description image description image description image description image description image description