“Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva bugünkü verilişində gündəm yaradan fikirlərindən danışıb. “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva bugünkü verilişində gündəm yaradan fikirlərindən danışıb.

“Üzr istəyirəm hamınızdan...“- VİDEO

“Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva bugünkü verilişində gündəm yaradan fikirlərindən danışıb.



"Qafqazinfo" xəbər verir ki, aparıcı onun sözlərinin düzgün yozulmadığını bildirib:

"Mən balaca uşaqdan da üzr istəməyi bacarıram. Evdə öz övladım da məndən küsəndə ondan üzr istəyirəm. Bəzi insanlar faciə qurbanlarının durumundan istifadə edib, mənim bu sözlərimlə onlarda qıcıq yaratdılar. Əlbəttə buna dəyməzdi. Mən gərək fikir verərdim ki, nə edirəm, nöqtəmi harda qoyuram".

Mətanət Əliverdiyeva faciə qurbanlarından bu formada üzr istəyib:

"Bu faciəni yaşayan insanların hissiyatına toxunmuşamsa... Mənim sözümü yozub üzə çıxaran bəzi savadsız insanların yerinə onlardan üzr istəyirəm".

Qeyd edək ki, Mətanət Əliverdiyeva ötən gün səsləndirdiyi "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" sözlərinə görə ictimai qınaq obyektinə çevrilib.