İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının prezidenti Ram Baran Yadavı Respublika günü münasibətilə ilə təbrik edib. İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının prezidenti Ram Baran Yadavı Respublika günü münasibətilə ilə təbrik edib.

İlham Əliyev Nepalın dövlət başçısını təbrik etdi

İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının prezidenti Ram Baran Yadavı Respublika günü münasibətilə ilə təbrik edib.



Dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına sülh və firavanlıq arzulayıram".