Prezident Azərbaycanla BQXK arasında imzalanmış Protokolu təsdiq etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi və onun qüvvədəolma müddətinin uzadılması haqqında 2015-ci il martın 18-də Bakı şəhərində imzalanmış Protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.



Ədliyyə Nazirliyinə bu sərəncamda göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə bildiriş göndərmək tapşırılıb.