AzNews.az-ın fotomüxbiri bu “yarışı” izləyib AzNews.az-ın fotomüxbiri bu “yarışı” izləyib

Bakı-Gəncə yolunda “ölüm yarışı” - FOTOFAKT

AzNews.az-ın fotomüxbiri bu “yarışı” izləyib



Son zamanlar ölümlə nəticələnən yol qəza hadisələrinin artması nəqliyyat vasitələri sürücülərinin yol hərəkət qaydalarına riayət etməməsi nəticəsində baş verir.

Görüntülərdən aydındır ki, yük maşınları hərəkət qaydalarını kobudcasına pozur, ötmə əməliyyatları düzgün yerinə yetirilmir, maşınlar hərəkət zolaqlarını nəzərə almır: qarşıdan gələn nəqliyyat vasitələrinin qarşısına çıxaraq, qəza vəziyyəti yaradır, bir sözlə, sanki, sürücülər "yarışa" çıxıb.

...Və yol hərəkət qaydalarının kobudcasına pozulması kiçik tutumlu yük maşınının qəzaya uğraması ilə sonuclanıb. Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb. Hərəkəti tənzimləməyə borclu olan yol polisi əməkdaşları isə yalnız qəzadan sonra hadisə yerinə gəliblər.

Bəs, əraziyə məsul olan yol polisləri bu "yarış" vaxtı hardaydı? Fotomüxbirimiz onu da müəyyənləşdirib: Yol polisi əməkdaşları yolun kənarında, kölgəlikdə dayanıb, radarını qurub və çörəyini qazanırmış. Onları bu rahat məkandan yalnız qəza xəbərdarlığı ayıra bilərdi. Çünki baxma, orda da "çörək" olar...

Elnarə Əlosmanqızı
FOTO: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description