Xəbər verildiyi kimi, 11 ildir ki, Şuşa Dövlət Musiqili Dram Teatrında çalışan aktyor Rasəf Mehdiyev Hökumət Evinin qarşısında aclıq aksiyası keçirir. O, bu addımı teatrda sözünün eşidilməməsinə və teatrın direktoru Yadigar Muradovun ona qarşı apardığı şəxsi ədavətə görə atdığını deyib. Xəbər verildiyi kimi, 11 ildir ki, Şuşa Dövlət Musiqili Dram Teatrında çalışan aktyor Rasəf Mehdiyev Hökumət Evinin qarşısında aclıq aksiyası keçirir. O, bu addımı teatrda sözünün eşidilməməsinə və teatrın direktoru Yadigar Muradovun ona qarşı apardığı şəxsi ədavətə görə atdığını deyib.

“Onu heç kəs işdən çıxartmır” – Direktordan aktyorun aclıq aksiyasına reaksiya

Xəbər verildiyi kimi, 11 ildir ki, Şuşa Dövlət Musiqili Dram Teatrında çalışan aktyor Rasəf Mehdiyev Hökumət Evinin qarşısında aclıq aksiyası keçirir. O, bu addımı teatrda sözünün eşidilməməsinə və teatrın direktoru Yadigar Muradovun ona qarşı apardığı şəxsi ədavətə görə atdığını deyib.


Yadigar Muradovun bu olaya münasibəti özünü çox gözlətməyib.

O, AzNews.az-a bildirib ki, xəbəri eşidən kimi dərhal hadisə yerinə yollanıb: "Rasəf Mehdiyevdən aclıq aksiyasının səbəbini soruşdum. Cavab verdi ki, Cəfər Cabbarlının "Solğun çiçəklər" tamaşasının teatrda oynanılmaması səbəbindən bu adddımı atıb. Mən də dedim ki, müəyyən iradlar olduğundan bu tamaşa oynanılmadı.

Düzdür, Rasəf bu tamaşa üçün çox əziyyət çəkib, ancaq neyləmək olar. Bundan ötrü aclıq etməyə dəyməz. Onu heç kəs işdən çıxartmır. Teatrımızda onsuz da yeni mövsümdə digər tamaşalar oynanılacaq".

Y.Muradov fikrini belə tamamlayıb: "Aclıq aksiyası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi bizə iradını bildirdi və "Aktyoru niyə incidirsiniz?" sualına cavab istədi".
Qeyd edək ki, hazırda aktyor aclıq aksiyasını dayandırıb.

Bahar RÜSTƏMLİ