- Köhnə - Cəmiyyət
- 14 İyul 2015 16:21
- 2 993
“Sabir Əhmədlinin tədbirinə dəvətnamə almamışam” – Anar

Xəbər verildiyi kimi, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın xalq yazıçısı Sabir Əhmədlinin “Biz yenə qayıdacağıq” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə iştirak edən millət vəkili Sabir Rüstəmxanlı yazıçının yubileyinin "Natəvan" klubunda keçirilməsi təklifi ilə çıxış edib. O bildirib ki, əslində bu tədbir Yazıçılar Birliyi tərəfindən həyata keçirilməlidir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bu olaya münasibət bildirib.
O, AzNews.az-a Sabir Əhmədlinin "Biz yenə qayıdacağıq" kitabının təqdimatından xəbərsiz olduğunu deyib: "Mən bu gün məzuniyyətdən qayıdaraq işə çıxmışam. Tədbirlə bağlı da heç bir dəvətmanə almamışam".
"Bəs, Yazıçılar Birliyinin sözügedən tədbirdən xəbəri olubmu?" sualına isə xalq yazıçısı "Bilmirəm, yarım saat bundan öncə işə çıxmışam, heç kəsi də görməmişəm" cavabını verib.
Qeyd edək ki, Sabir Əhmədlinin "Biz yenə qayıdacağıq" adlı kitabının təqdimat mərasiminə Yazıçılar Birliyinin rəhbərliyindən heç kəs qatılmayıb.
Bahar RÜSTƏMLİ
AzNews.az