- Toplum
- 09:48
- 949
Keçmiş məcburi köçkünlərə psixososial dəstək göstərilib

Məcburi köçkünlər üçün psixososial dəstək təşkil olunub.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, doğma yurda geri dönən vətəndaşlara psixososial dəstəyin təmin edilməsinin vacibliyini nəzərə alaraq məqsədyönlü tədbirlər görülür. Komitənin layihəsi üzrə bu ilin may ayında onlayn formatda 5 psixoloji dəstək seansı təşkil olunub. Bu seanslara cəlb olunan məcburi köçkünlər yaşadıqları travmalarla bağlı fikirlərini bölüşüb, həmrəylik mühitində emosialarını sərbəst ifadə etməyə çalışıblar.
İyun ayında isə Bakıda, Qəbələdə və Bərdədə, layihə çərçivəsində, təlimlər təşkil edilib.
Təlimlərdə iştirak edən məcburi köçkünlərə emosional yüklənmənin azaldılması, məşğulluq üçün psixoloji hazırlığın artırılması, motivasiya və özünəinamın gücləndirilməsi kimi mövzularda praktiki bilik və tövsiyələr, fərdi qaydada psixoloji məsləhət verilib.