Almaniya Ukraynaya Patriotların satışı üçün ABŞ ilə danışıqlar aparır

Almaniya ABŞ -dən Ukraynaya Patriot zenit-raket komplekslərinin tədarükü ilə bağlı intensiv danışıqlar aparır.

Bunu Almaniya hökumətinin mətbuat katibi Stefan Kornelius deyib.

Jurnalistlərin Almaniya və ABŞ arasında Ukraynaya göndərilmək üçün Patriotların alınması ilə bağlı mümkün danışıqlara dair sualına o, Ukraynanın hava hücumundan müdafiə ehtiyaclarını ödəmək üçün “müxtəlif yolların” olduğunu bildirib.

Bloomberg Korneliusdan sitat gətirir : "Mən deyə bilərəm ki, bu məsələ ilə bağlı həqiqətən də intensiv müzakirələr gedir".

Mövsüm

Aznews.az