“Asena” MMC-dən inanılmaz fırıldaq

"Bakıdakı beş ulduz otellerədə qab və baş şampunlarından duş geli kimi istifadə olunur". Bu barədə məlumatı Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Aftandil Muradxanov AzNews.az-a açıqlmasında bildirib.

Onun sözlərinə görə, belə bir fakt "Asena" MMC-də aşkarlanıb. Belə ki, MMC "RJ.Ximika.CO" MMC-nin istehsal etdiyi şampunları alaraq onları kiçik qablaşdırmada bədən geli adı altında beşulduzlu otellərə satıb.

Belə faktlar "Avropa", "Hyyat Regency" kimi otellərdə aşkarlarıb. 30 qram həcmində qablaşdırılan bu məhsulların guya Rusiyada istehsal olunduği bildirılir. Hazırda komitə "RJ Ximika" MMC-dən izahat alıb. "Asena" MMC ilə də məsələ araşdırılır. Əgər işdə cinayət tərkibi olarsa, o zaman məsələyə hüquqi qiymət veriləcək.

Elnarə Əlosmanqızı
AzNews.az