Ötən həftə “Reklam haqqında” yeni Qanunun qüvvəyə minməsi ilə SMS-reklamlar məhdudlaşdırılıb. Ötən həftə “Reklam haqqında” yeni Qanunun qüvvəyə minməsi ilə SMS-reklamlar məhdudlaşdırılıb.

Azərbaycanda mobil operatorların yaramaz təcrübəsi – SMS-reklamlar məhdudlaşdırıldı

Ötən həftə “Reklam haqqında” yeni Qanunun qüvvəyə minməsi ilə SMS-reklamlar məhdudlaşdırılıb.


Bu barədə Qanunu AzNews.az-a şərh edən vəkil Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, Qanunun maraqlı müddəalarından biri 23.1-ci maddəsində təsbit edilib: ""Telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər". Bu o deməkdir ki, mobil telefonlarımıza bezdirici (bəzən isə həm mənəvi, həm də maddi cəhətdən zərərli) SMS-reklamlar daha gəlməyəcək. Ona görə ki, mobil operatorların müştəriləri ilə mövcud müqavilələrində Qanunun tələb etdiyi razılıq haqda müddəa, bir qayda olaraq, yoxdur".

Ə.Həsənov bununla belə mobil operator istifadəçilərini diqqətli olmağa çağırıb: "Əvvəla, bundan sonra mobil operatorlarla bağladığınız müqaviləni diqqətli oxuyun: həmin "razılıq"ı daxil edə bilərlər. Digər tərəfdən isə Qanuna zidd olaraq telefonunuza SMS-reklam daxil olarsa, şikayət edin".

Nigar