2030-cu ildə paytaxtın əhalisi 3,325 milyon nəfərədək çoxalacaq 2030-cu ildə paytaxtın əhalisi 3,325 milyon nəfərədək çoxalacaq

Bakı genişləndiriləcək

2030-cu ildə paytaxtın əhalisi 3,325 milyon nəfərədək çoxalacaq



"Böyük Bakının Regional İnkişaf Planı" layihəsinə uyğun olaraq paytaxt Bakının metropoliten şəbəkəsi 5 xətdən ibarət olacaq". AzNews.az-un məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.
Komitə sədri söyləyib ki, bu plan həyata keçiriləndən sonra şəhərin yol və küçə şəbəkəsi yüz kilometrlərlə genişlənəcək, çirklənmiş göllərin sayı kəskin şəkildə azalacaq və şəhərin çirklənmiş ərazisi kiçiləcək.

Onun sözlərinə görə, 2030-cu ilədək paytaxtda adambaşına düşən yaşayış sahəsinin hazırkı 17 kvadrat metrdən 25 kvadrat metrə çatdırılmasını nəzərdə tutulur: "Plana görə, 2030-cu ilədək paytaxtda yaşayış sahəsi 30 milyon kvadrat metrədək artacaq və 65 milyon kvadrat metrə çatacaq.

Bu dövrdə şəhər əhalisi 3,325 milyon nəfərədək çoxalacaq. Bu və digər məsələrin hər biri noyabrda keçiriləcək "Böyük Bakının İnkişaf Planı" layihəsi üzrə ictimai dinləmələr zamanı müzakirə olunacaq".

Vasif Həsənli
AzNews.az