Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi istehsalçı müəssisələrin GMP-inspeksiya yoxlamaları zamanı bazardan 361 adda qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları müsadirə olunub. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi istehsalçı müəssisələrin GMP-inspeksiya yoxlamaları zamanı bazardan 361 adda qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları müsadirə olunub.

4 aptekin fəaliyyəti dayandırıldı - Rəsmi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi istehsalçı müəssisələrin GMP-inspeksiya yoxlamaları zamanı bazardan 361 adda qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları müsadirə olunub.


Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Analitik Ekspertiza Mərkəzində yaradılmış Laborator tədqiqatlar şöbəsi son bir neçə ay ərzində 6 preparatın seriyasında normativ sənədlərin tələblərinə cavab verməmə faktı aşkarlayıb və satışına icazə verməyib.

İstehsalat müəssisəsinin yoxlanması zamanı istehsalatın bütün mərhələlərini əhatə edən - xammalın keyfiyyəti, avadanlığın yoxlanılması, işçilərin peşəkarlıq səviyyəsi, istehsalat sahələrinin uyğunluğu, proseslərin validasiyası, sənədləşdirmə sistemi və s. ÜST-ün Etibarlı İstehsalat Təcrübəsi (Good Manufacturing Practice – GMP) standartlarına uyğunluğu araşdırılır.

Nazirlikdən qeyd ediblər ki, bu cür yoxlamalar mütəmadi olaraq aparılacaq və müəssisələrin GMP-inspeksiya planları hazırlanıb.

Həmin plana əsasən ilk növbədə Azərbaycanda ilk dəfə dərman vasitələrinin dövlət qeydiyyatına alınması məqsədilə müraciət edən istehsalçıların və idxal zamanı dərman vasitələrinin keyfiyyətində normativ sənədlərin tələbləri ilə uyğunsuzluq aşkar edilmiş istehsalçıların yoxlanması nəzərdə tutulub.

Son bir necə ay ərzində analitik-nəzarət laboratoriyası tərəfindən 6 preparatın seriyasında normativ sənədlərin tələblərinə cavab verməmə faktı aşkarlanıb və satışına icazə verilməyib.

Əczaçılıq nəzarətinin əsas və vacib istiqamətlərindən biri topdan və pərakəndə satış əczaçılıq müəssisələrinə nəzarətdir: "Bu məqsədlə, Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət (İnspeksiya) şöbəsi mütəmadi olaraq planlı və plandan kənar yoxlamalar həyata keçirir. Plandan kənar yoxlamalar əsasən qeydiyyatsız dərmanların satışına dair əhalidən daxil olan müraciət və şikayətlər əsasında aparılır. Bu il ərzində 84 aptekdə reydlər aparılıb. Nəticədə 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb. Apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1 bəndinə uyğun olaraq protokollar tərtib edilıb. Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin lisenziyası alınıb, bir aptekin fəaliyyəti dayandırılıb. Cəmi, yoxlamalar zamanı, bazardan 361 adda (1370 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları müsadirə olunub.

Qurumdan bildiriblər ki, Analitik Ekspertiza Mərkəzində əhalinin müraciət və şikayətlərinə də diqqətlə baxılır. Qeyd etmək lazımdır ki, əgər əhali arasında dərman preparatına dair hər hansı bir şübhə yaranarsa bununla bağlı AEM-ə müraciət edə bilərlər. Son bir necə ay ərzində 10 belə şikayətə baxılmışdır. 2 halda aptek müəssisəsində tələblərə cavab verməyən dərman preparatının satışı aşkar edilib.

Faktla bağlı lazımi tədbirlər görülüb.

Qaydaya əsasən həkimlər və istehsalçılar dərman vasitəsinin istifadəsi zamanı istifadə təlimatında göstərilməyən, yaranan bütün əlavə təsirlər haqda məlumat verməlidirlər. Xəstələr üçün də məlumat formaları hazırlanıb.

Sevinc Yasinqızı
AzNews.az