- EKONEWS
- 20 Mart 18:52
- 8 004
Azərbaycana yaz fəsli daxil oldu
Azərbaycana yaz fəsli daxil olub.
Aznews.az Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, bu il yaz fəsli Azərbaycana 20 mart saat 18:46-da daxil olub.
Yaz bərabərliyi günü Günəş şüaları ekvatora düz bucaq altında düşür və gecə-gündüz bütün enliklərdə təxminən 12 saat olur. Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və Şimalda yaz, Cənubda isə payız fəsli başlayır.