- Rusiya və İran
- 17:17
- 2 347
İrandan Hürmüz nırxı: 2 milyon ver, keç!
İran Hörmüz boğazından keçən gəmilərdən 2 milyon dollarlıq ödəniş tələb etməyi planlaşdırır.
AzNews.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir. Ehtimal olunur ki, neft qiymətlərinə də təsir edən bu addımı İran təzyiq vasitəsi kimi istifadə edir.
İsrail ABŞ-ın dəstəyi ilə İrana hücum etdikdən sonra İran Hörmüz boğazını tankerlərin hərəkəti üçün bağlayıb. Neft qiymətlərini artıran və bazarlarda narahatlıq yaradan bu addım, bütün tənqid və təhdidlərə baxmayaraq, İranın müharibədəki ən böyük "kozır"ına çevrilib.
İki gün əvvəl İranın Hörmüz boğazından keçən gəmilərə tranzit rüsumlarının tətbiq edilməsi ilə bağlı parlamentdə müzakirəyə çıxarılacaq qanun layihəsi üzərində işlədiyi açıqlamışdı.
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Burucerdi televiziya proqramında ölkəsinin Hörmüz boğazından keçən bəzi gəmilərdən 2 milyon dollar tranzit haqqı alınacağını bildirib.
Borucerdi İranın 47 ildən sonra Hörmüz boğazında yeni bir suverenlik konsepsiyası qurduğunu bildirib və iddia edib ki, Hörmüz boğazından keçid üçün rüsumların tətbiqi İranın gücünü nümayiş etdirir.
AzNews.az