- Dünyanın halı
- 13:35
- 1 073
Qaçqınları daşıyan yük maşını aşdı: 18 ölü, 30 yaralı
Əfqanıstanın Laqman əyalətinin Qarğayi rayonundakı magistral yolda geri qayıdan əfqan qaçqınlarını daşıyan yük maşını aşıb.
AzNews.az xəbər verir ki, bu barədə Sinxua" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, 10-u uşaq və 5-i qadın daxil olmaqla 18 nəfər hadisə yerində ölüb, 30 nəfər isə xəsarət alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.