Tramp: İranla danışdıq, zərbələr 5 gün təxirə salındı

“Məmnuniyyətlə bildirirəm ki, Amerika Birləşmiş Ştatları və İran son iki gün ərzində Yaxın Şərqdə aramızdakı qarşıdurmanın tam və qəti həlli ilə bağlı çox yaxşı və məhsuldar danışıqlar aparıblar”.

Bunu ABŞ Prezidenti Donald Tramp “Truthsocial” platformasında bildirib.

“Mən həftə ərzində davam edəcək bu dərin, ətraflı və konstruktiv müzakirələrin ümumi ruhu və məzmununu nəzərə alaraq Müharibə Nazirliyinə İrana məxsus elektrik stansiyaları və enerji infrastrukturuna qarşı bütün hərbi zərbələrin beş günlük müddətə təxirə salınması barədə göstəriş vermişəm. Bu qərar davam edən görüş və müzakirələrin uğurundan asılıdır”, - ABŞ lideri vurğulayıb.

Fars Xəbər Agentliyi isə Trampın açıqlamasını təkzib edib. Agentlik yazır: “Trampla birbaşa və ya dolayı dialoq yoxdur. O, Qərbi Asiyadakı bütün enerji stansiyalarının hədəf alınacağını eşitdikdən sonra geri çəkildi.”

AzNews.az