Sabah saat 10:00-dan 18:00-dək magistral qaz kəmərlərində cari təmir işləri aparılacaq. Sabah saat 10:00-dan 18:00-dək magistral qaz kəmərlərində cari təmir işləri aparılacaq.

Sabah 7 rayonda qaz olmayacaq

Sabah saat 10:00-dan 18:00-dək magistral qaz kəmərlərində cari təmir işləri aparılacaq.


Bu barədə AzNews.az-a "Azəriqaz" İB-dən bildirilib.

"Azəriqaz" qeyd edib ki, təmir müddətində Qobustan rayonunun Ərəbqədim, Cəlilabad rayonunun Göytəpə və Kazımabad, həmçinin Ağdam rayonunun Quzanlı kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Bundan başqa, aparılan işlərin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsinin, eyni zamanda Ucar, Ağdaş və Ağcabədi rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.