Ağdam rayon icra hakimiyyətinin başçısı Raquf Məmmədov bir müddət əvvəl ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına yerləşdirilən 1 ci qrup Qarabağ qazisi Fəxrəddin Rəhimova baş çəkib. Ağdam rayon icra hakimiyyətinin başçısı Raquf Məmmədov bir müddət əvvəl ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına yerləşdirilən 1 ci qrup Qarabağ qazisi Fəxrəddin Rəhimova baş çəkib.

İcra başçısı Qarabağ qazisinə baş çəkdi - FOTO

Ağdam rayon icra hakimiyyətinin başçısı Raquf Məmmədov bir müddət əvvəl ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına yerləşdirilən 1 ci qrup Qarabağ qazisi Fəxrəddin Rəhimova baş çəkib.

AzNews.az qaziler.az -a istinadən xəbər verir ki, R.Məmmədov F.Rəhimovun müalicəsinin gedişi və sağlamlıq durumu ilə maraqlanıb, yaralıya mənəvi və maddi dəstək olub.

F.Rəhimov Qarabağ qaziləri birliyi tərəfindən xəstəxanaya yerləşdiriləndən bəri ona Millət Vəkili Qənirə Paşayeva, xəstənin yaxınları, döyüş dostları baş çəkiblər.

Xatırladaq ki, F.Rəhimovun dərisinin çürüməsi nəticəsində deşilib çıxan hər iki yan çanaq sümükləri kəsilərək götürülüb. Hazırda xəstənin vəziyyəti ağır-stabil olaraq alır.



Qeyd edək ki, F.Rəhimov 1992-ci ilin yayında - 18 yaşında - Ağdamın Abdal-Gülablı kəndi istiqamətində gedən döyüşlərdə aldığı çoxsaylı qəlpə yarası ilə ömürlük yataq xəstəsinə çevrilib.

Müayinə, müalicə, dərman təminatı və əməliyyatlarla yanaşı xəsətnin bütün digər xərcləri də Respublika Klinik Xəstəxanasının rəhbərliyi tərəfindən qarşılanır.