Ötən gün ürək tutmasından dünyasını dəyişən polis generalı Rasim Musayev dəfn olunub. Ötən gün ürək tutmasından dünyasını dəyişən polis generalı Rasim Musayev dəfn olunub.

General Rasim Musayev dəfn olundu

Ötən gün ürək tutmasından dünyasını dəyişən polis generalı Rasim Musayev dəfn olunub.


AzNews.az APA-ya istinadən xəbər verir ki, mərhum bu gün Mehdiabad qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov, daxili işlər nazirinin müavinləri, idarə, şöbə və bölmə rəisləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev ötən gün ürək tutmasından dünyasını dəyişib.

***
12:04

Dünən ürəktutmasından dünyasını dəyişən general Rasim Musayev bu gün dəfn olunur.

AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, general "Mehdiabad" qəbirstanlığında torpağa taşırılır. R.Musayevin dəfnində Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları, o cümlədən nazir Ramil Usubov da iştirak edir.

Qeyd edək ki, Rasim Musayev 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı iləona polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Öz xahişi ilə 2013-cü il yanvarın 21-də Daxili İşlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.