Ölkəmizi bu il beynəlxalq müsabiqələrdə təmsil etmiş və edəcək modellərin siyahısı açıqlanıb. Ölkəmizi bu il beynəlxalq müsabiqələrdə təmsil etmiş və edəcək modellərin siyahısı açıqlanıb.

Azərbaycanı dünyada təmsil edən gözəllər - SİYAHI

Ölkəmizi bu il beynəlxalq müsabiqələrdə təmsil etmiş və edəcək modellərin siyahısı açıqlanıb.


AzNews.az xəbər verir ki, "World Beauty Congress"in Qafqaz ölkələri üzrə koordinatoru, təşkilatçı Aqil Məmiyevin Anspress-ə verdiyi məlumata görə, sözügedən siyahı World Beauty Congress (WBC) və Azərbaycan Moda Asosasiyası (AMA) tərəfindən təsqdiqlənib. Amma bu son deyil, gözəlliyinə və parametrlərinə güvənən hər bir çox yaxın qız gələcəkdə onlardan biri ola bilər.

Siyahını təqdim edirik:

Nərgiz Nəsrullayeva bu ilin may ayında Filippinin Manilla şəhərində keçirilmiş "Supermodel İnternational" yarışmasında, Günel Şirəliyeva Türkiyənin avqust ayında İzmir şəhərində keçirilmiş "Miss Exclusive of The World" müsabiqəsində ölkəmizi təmsil ediblər.

Sara Əliyeva 2015-ci ilin oktyabr ayında Çinin Beijinq şəhərində baş tutacaq "Miss World Peace", Pərvin Paşazadə eyni ayda eyni şəhərdə keçiriləcək "Miss Bikini Universe" müsabiqələrində podiuma çıxacaqlar.

Günel Şirəliyeva bu ilin noyabr ayında Cənubi Afrikanın Cohannesburq şəhərində keçirilməsi nəzərdə tutulmuş "Miss Heritage" müsabiqəsində Azərbaycanı təmsil edəcəklər.

Güclü cinsin nümayəndələri arasında isə ölkəmizi Nihad Quliyev 2015-ci ilin noyabr ayında Filippinin Manilla şəhərində təşkil ediləcək "Mister International" yarışmasında iştirak edəcək.